Ronaldonun bacısından “Barselona”nı hirsləndirən paylaşma

Çempionlar Liqası çərçivəsində İspaniyanın “Barselona” futbol klubunun “Atletiko Madrid”ə 2-0 məğlub olması olayına “Real Madrid” komandasının ulduzu Kriştiano Ronaldonun bacısı Katia Aveiro da münasibət bildirib.

O, matçdan sonra Twitter hesabında “İlin sürprizi” yazaraq “Barselona” tərəfdarlarını hirsləndirən bir paylaşım edib.

Katia paylaşımda “Real Madrid” formalı bir fotoşəkilindən istifadə edib: “Hər şey bir saniyə içərisində dəyişə bilir. Bu gün qeyd etmə, sabah isə ağrılı gündür. Bax, bu, idmandır”.

“Barselona”lı Gerard Piquenin ilk qolun onun ayağından sürüşərək yerə düşməsini də unutmayan Katia “Sən, çox danışansan. Sənə bir şey söyləmək istəyirəm: HƏR ŞEY SƏNİNLƏ BAŞLADI! Çempionlar Liqası üçün bir arzun varmı?” tvitini atıb.

Katia Aveiro daha əvvəl də Pique ilə əlaqədar sözlərilə gündəmə gəlmişdi.

Müğənnilik edən Katia Aveiro tez-tez jurnallara verdiyi erotik pozalarla da gündəmə gəlir.

Print Friendly, PDF & Email