Taylandda Su bayramında 259 nəfər öldü: 2378 yaralı var

Taylandda Su bayramında 259 nəfər öldü: 2378 yaralı var

Taylandda su bayramı tətilinin dördüncü günündə yaşanan yol qəzalarında ölü sayı 259-a, yaralı sayı da 2378-ə yüksəlib.

 

Bu haqda məlumatı Taylandın Sağlamlıq və Koordinasiya şöbəsi yayıb.

 

Məlumata görə, ölü sayı ötən ildəkinə nisbətən 36 faiz çoxdur.

 

Bildirilir ki, qəzaların ən böyük səbəbi içkili halda avtomobili idarə etmək olub.

Sürət həddini keçənlər də “bu siyahıda” üstünlük təşkil edir. Qəzaların 78.8 faizi motosikletlərin “payına” düşüb.

Print Friendly, PDF & Email