Demet Akalın: Gəmidə gözüm yox, təyyarə alaq!

Demet Akalın: Gəmidə gözüm yox, təyyarə alaq!

Türkiyənin məşhur müğənnisi Demet Akalın ötən gecə səhnəyə çıxdığı Ataköy Marinada yerləşən Nossa Costada bir-birindən maraqlı açıqlamalar verdi.

MƏN ƏSLİNDƏ 28 YAŞINDAYAM

Demək olar ki, hər səhnəsində onu tək buraxmayan həyat yoldaşı Okan Kurta gecə boyunca söz atan Akalın “Eşqim məni gələn həftə Dubaya aparacaq, doğum günümdür. Mənə 42 desələr də hamısı dedi-qodudur. Mən 28 yaşındayam” deyib.

Bir vaxtlar gəmi almışdıq

Mahnı fasiləsində tez-tez qonaqlarıyla söhbət edən məşhur sənətçi “Bir zamanlar gəmi almışdım, indi o gəmiyə ərim baxır” deyib.

Həyat yoldaşına səslənən Akalın “Gəmini sataq, onda gözüm yoxdur, təyyarə istəyirəm, amma Seda Sayana dedim, mənim o qədər pulum yoxdur, sən al” deyərək qəhqəhə çəkib.

Print Friendly, PDF & Email