Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatdı

Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatdı

Aprelin 16-da gecə Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.

Bunu bu gün Ekvador prezidenti Rafael Korrea bəyan edib.

Dövlət orqanlarının məlumatına görə, faciə nəticəsində 1500-dən çox insan xəsarət alıb.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.