Türkiyə daha 1 şəhid verdi: 5 polis yaralandı

Türkiyə daha 1 şəhid verdi: 5 polis yaralandı

PKK terrorçuları Türkiyədə daha bir partlayış törədib.

“Doğan” xəbər agentliyinə istinadən verilən məlumata görə, bu gün Mardinin Nusaybin rayonunda terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb. Polislərin ərazidən keçərkən baş vermiş partlayış nəticəsində 1 nəfər şəhid olub, daha 3 polis isə yaralanıb.


Bu gün Türkiyənin Qars vilayətində terrorçularla təhlükəsizlik əməkdaşları arasında atışma baş verib.

“İhlas” xəbər agentliyinə istinadən verilən məlumata görə, Qarsın Sarıqamış qəsəbəsinə gələn bir qrup terrorçu əhalidən zorla qida məhsulları toplamağa başlayıb. Dərhal hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və PKK terrorçuları ilə silahlı qarşıdurma yaşanıb. Bu zaman iki polis əməkdaşı yaralanıb.

Bildirilir ki, PKK terrorçuları atəş aça-aça meşəyə doğru gedib. Onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat həyata keçirilir. (Lent.az)