“Barselona” ​​kabusu davam edir – Kataloniyalılar yenə uduzdu

“Barselona” ​​kabusu davam edir – Kataloniyalılar yenə uduzdu

Futbol üzrə İspaniya La Liqasında “Barselona” ilə “Valensiya” qarşı-qarşıya gəldi. Camp Nouda oynanan matçı qonaq komanda “Valensiya” 2-1 hesabı ilə qazandı.

La Liqada oynadığı son 3 matçda 7 bal itirən “Barselona” bu gecə keçirilən matça da bir kabus kimi girdi. Ivan Rakiticin öz qapısına atdığı qolla geriyə düşən “Barselona” 45-ci dəqiqədə də Santi Minanın qoluyla sarsıldı.

İkinci yarıda təzyiqini artıran “Barselona” 63-cü dəqiqədə Lionel Messinin qoluyla fərqi 1-ə endirdi.

6 matç sonra qol atan Mess peşəkar karyerasının 500-cü qolunu atdı. Ancaq qalan 27 dəqiqədə “Barselona” “Valensiya”nın qapısına yol tapa bilmədi.

Bu nəticədən sonra “Barselona” 76 xalla 1-ci yerdə qaldı. 2-ci yerə qərarlaşan “Atletiko Madrid”in 76, 3-cü yerdə olan “Real Madrid”in 75 xalı var.

“Valensiya” isə 40 xala yüksəldi.

“Barselona” gələn həftə “Deportivo La Coruna”ya qonaq olacaq. “Valensiya” isə doğma meydanında “Eibar”ı qəbul edəcək.

Print Friendly, PDF & Email