Braziliya parlamentinin aşağı palatası prezidentin impiçmentini qəbul edib

Braziliya parlamentinin aşağı palatası prezidentin impiçmentini qəbul edib

Braziliya parlamentinin aşağı palatası ölkə prezidenti Dilma Russeff barədə impiçmenti qəbul edib.

Euronews telekanalına istinadla xəbər verilir ki, impiçment tərəfdarları deputatların 2/3-nin dəstəyini qazana bilib.

Səsvermə 5 saat davam edib. Hər bir deputat öz mövqeyini açıq şəkildə bildirib.

Lakin bu, prosesin hələ ilk mərhələsidir. Bundan sonra impiçment məsələsi yuxarı palatada müzakirəyə çıxarılacaq. Burada yekun qərar üçün sadə səs çoxluğu kifayət edir. Russeff tərəfdarları isə senatda üstünlüyə malik deyil.

Xatırladaq ki, müxalifət hazırkı dövlət başçısını hökumətin iqtisadi hesabatını saxtalaşdırmaqda – işləri sərfəli şəkildə göstərmək üçün göstəriciləri süni surətdə artırmaqda ittiham edir. Prezident Dilma Russeff isə hadisəni konstitusiya çevrilişi kimi qiymətləndirir.