Çox sayda PKK-lı öldürüldü – Əsgər qarış-qarış axtarır

Çox sayda PKK-lı öldürüldü – Əsgər qarış-qarış axtarır

Mardinin Nusaybin mahalında dünən axşam Suriya tərəfindəki Kamışlıya qaçmağa çalışdıqları təsbit edilən və 2-si üst səviyyədə yer alan 18 PKK-lı əməliyyat zamanı öldürüldü.

Bölgədə bu gün də əməliyyatlar davam edir. DHA-nın xəbərinə görə dünənki qarşıdurmalarda öldürülən terroristlərin sayı 24 oldu.

Əməliyyatdan sonra bölgədə edilən axtarışda xeyli sayda sursat ələ keçirildi.

PKK-lı Cəmil Bayık daha öncə radio danışıqlarında “Təşkilatdakı işləri radio danışmalarıyla ifşa etməyin. Qəhrəmanlıq etdiyiniz görüntüləri verin və tez-tez dilə gətirin, bizə yaxın media orqanlarına deyin. Telsizi nadir halda istifadə etməyə cəhd edin. Arxanızda yaralı buraxmayın, hər şeyi tökülür, susdurun. Təcrübə qazanmış, etibar etdiyiniz YPS-liləri yanınızda çölə götürün. Xəyanət edənlərlə əlaqə qurmayın, yaxaladıqlarınızı cəzalandıraraq bölgəni tərk edin. Yandırın, partladın və sonra binalardan çıxın. Vaxt tapa bilmədiyinizdə da qazdığınız tunellər də daxil olmaqla hər yerə pusqu qoyun” ifadələrini işlədib.