İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbulda hər kəs mütləq olmalıdır. Bu füsunkar şəhər onu Avropa və Asiya hissələrinə bölən Bosfor boğazının sahillərində yerləşir. Türk kofesi, Bosfor boğazına mənzərə və dəniz küləyi – bundan gözəl nə ola bilər?!

Aya Sofya
Bu məbəd İstanbulun vizit kartı sayılır. Bir zamanlar Bizans imperiyasının əsas məbədi İstanbulun türklər tərəfindən fəth olunmasından sonra məscidə çevrildi. Onun tikilməsində ən bahalı materiallardan tikililər ucaldan dövrün ən yaxşı memarları iştirak ediblər. Mərkəzi qapılar ancaq bayram günlərində açılırdı, onların tağının altından isə ancaq imperator keçə bilərdi. Tağın qıraqlarında kiçik boşluqlar var – bu yerlərdə imperatorun mühafizəsi dayanırdı. 20-ci əsrdə məbəd muzeyə çevrildikdən sonra istənilən kəs buraya gəlib bu gözəl tikiliyə baxa bilər.

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

Sultan Əhməd məscidi
Müqəddəs Sofiya muzeyinin qarşısında yerləşən bu məscidə çox vaxt “Mavi məscid” də deyirlər. Bu unikal bina Osmanlı sultanı 1-ci Ahmetin əmri ilə tikilib. Tikinti 1609-cu ildə başlayıb və 7 il davam edib. Məscid klassik-osmalı və Bizans stillərində tikilib. Əfsanəyə görə, sultanın əmri ilə memar 4 qızıl minarə tikməli idi, ancaq nəticədə 6 minarə tikilmişdi, bu isə əsl qalmaqala səbəb olmuşdu. Buna səbəb Məkkədəki əl-Haram məscidinin də 6 minarəyə sahib olması idi. Yekunda sultan ən böyük məscidə 7-ci minarəni əlavə etmək üçün memarı Məkkəyə göndərdi.

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

Topqapı
Osmanlı imperiyasının əsas sarayı Aya Sofyanın arxasında yerləşir və 4 saraydan ibarətdir. Xidməti məkanların yerləşdiyi saray hündür qala divarları ilə əhatə olunub və “Alay Meydanı” adlanır. Burada sultan qonaqları qəbul edir və xalqla ünsiyyətdə olurdu. Hərəmxanada hərəm xidmətçiləri, kənizlər və sultanın anası – bu hissənin sahibəsi yaşayırdı. Üçüncü sarayda taxt zalını, kitabxananı, qızıl, gümüş və qiymətli daşlardan məhsulların sərgiləndiyi sultanın xəzinəsini görmək olar. Dördüncü sarayda isə məşhur Lalə Bağı yerləşir. Bu güllərin vətəni heç də Hollandiya deyil, məhz Osmanlı imperiyasıdır. Buna görə də
laləni ölkənin turistik rəmzi olaraq seçiblər.

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

Misir bazarı
Misir bazarı turistik yerdir. Yerli tacirlərin təklif etdiyi lokum və digər şirniyyatların müxtəlifliyi istənilən şirniyyat həvəskarının ağlını başından alacaq.

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

Türkiyədə otel seçimi üçün çoxlu variantlar var. Mən öz həftə sonumu Zorlu müasir ticarət-əyləncə mərkəzinin tam mərkəzində, İstanbulun Avropa hissəsində, Bosfor sahilində yerləşən Raffles otelində keçirdim.

İstanbul – xatirələr şəhəri

Burada şəhər mənim üçün tamamilə yeni tərəfdən açıldı. Otelin pəncərəsindən İstanbul çox heyranedici, müasir meqapolis kimi görünür. Otel qonaqlara 49-u lyuks olmaqla 136 nömrə təklif edir. Böyük sevgi və incə stil hissi ilə tərtib olunan nömrələrin hər bir detalını nəzərdən keçirmək hissi yaranır. Nömrələrdə şezlonqlu böyük balkonlar var və mərtəbə artdıqca bu balkonlardan daha gözəl mənzərə açılır.

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

Oteldən birbaşa yeni ticarət mərkəzinə keçmək olar. Bu ticarət mərkəzində bütün premium-markalar təqdim olunur və çoxlu sayda restoranlar var. İki restoran, iki bar və launc, eləcə də konditer evi sutka ərzində qonaqlar üçün geniş seçim təklif edir. Arola restoranı müasir təqdimatda klassik katalon yeməkləri təklif edir. Restoran 74 nəfər üçün hesablanıb. Rocca restoranı isə türk və Aralıq dənizi mətbəxi üzrə ixtisaslaşıb.

Rocca Restaurant

Rocca Restaurant

Long Bar

Long Bar

Arola-Restaurant

Arola-Restaurant

Writers Bar

Writers Bar

Raffles otelinin spa-mərkəzi haqqında danışmamaq olmaz. Burada qonaqlara 9 prosedur kabineti, lyuks hovuz, sauna və çoxlu sayda spa-prosedurlar təklif edilir.

İstanbul – xatirələr şəhəri

İstanbul – xatirələr şəhəri

Hər bir Raffles oteli rahatlıq və heyranlıq vahəsidir. İstanbula növbəti səfərimdə də mən mütləq burada yerləşəcəm.

Mənbə:http://www.buro247.az/lifestyle/travel/i-stanbul-xatir-l-r-h-ri.html

Print Friendly, PDF & Email