Rusiyadan Türkiyəyə daha bir qadağa

Rusiyadan Türkiyəyə daha bir qadağa

Rusiya hökuməti xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib.

Sputnik Haberrus-a istinadən xəbər verir ki, Rusiyanın tətbiq etdiyi yeni qaydalar aprelin ortalarından qüvvəyə minib. Müvəqqəti və ya daimi yaşamaq icazəsi olan Türkiyə vətəndaşları isə Rusiyaya vizasız səyahət edə biləcəklər.

Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən etibarən ümumi pasportu olan Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib. Xüsusi və xidmət pasportları olanlara isə bu rejimi aprelin ortalarından tətbiq etməyə başlayıb.

Print Friendly, PDF & Email