Xoşqədəm Hidayətqızı “Xəzər” televiziyasına keçdi

Xoşqədəm Hidayətqızı “Xəzər” televiziyasına keçdi

Teleaparıcı Xoşqədəm Hidayətqızı “Xəzər” televiziyasında qadınlarla bağlı yeni layihəyə başlayacaq.

Məlumata görə o, ATV-dən ANS-ə gətirdiyi komandasından yalnız redaktor Aysər Həsənlini özü ilə yeni iş yerinə aparıb.

Qalan əməkdaşlar – müxbir Elbrus Rüstəmov, prodüser Fərhad Hacıyev, redaktor Səbinə Əlicanova, operator Arif Məmmədov, Naibə adlı prodüser köməkçisi, prodüser köməkçisi Günay Əliyeva isə işsizdir.

ATV-dən böyük ümidlərlə ayrılan komanda ANS-də işlədiyi müddətdə demək olar ki, əməkhaqqı almayıb. Onlara “Deməsək, olmaz” verilişinin lazım olan reytinqi vermədiyi və bu üzdən də məvacib ala bilməyəcəkləri bildirilib.

Xatırladaq ki, hazırda “Deməsək, olmaz” verilişini İradə İsaq aparır. O da ANS-ə öz komandası ilə qayıdıb. (Olke.az)

Print Friendly, PDF & Email