Bu gün 2 metro stansiya istifadəyə veriləcək

Bu gün 2 metro stansiya istifadəyə veriləcək

Bu gün “Bakı Metropoliteni”nin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları bu gündən etibarən sərnişinlərin istifadəsinə veriləcək.
Bakı sakinlərinin səbirsizliklə gözlədiyi “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. Stansiyaya 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb.

“Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq.
Bu stansiyaların açılışı ilə “Bakı Metropoliteni”ni stansiyalarının sayı 25-ə çatacaq.

Print Friendly, PDF & Email