“Camaatımız köçüb gəlib, hər birinin ev-eşiyi qoy şen olsun”

“Camaatımız köçüb gəlib, hər birinin ev-eşiyi qoy şen olsun”

Zeynəb Göyüşova Bəşir qızı:

-Əmirxeyirdə hər şey var idi, nur, bərəkət. Ora yaşamaq üçün yaxşı yer idi. Camaatımız köçüb gəlib, hər birinin ev-eşiyi qoy şen olsun.

-Desələr ki, Əmirxeyirə qayıdırıq, ora piyada gedərdim. Ora əməlli yer idi.

-Əsas Gödək silvi, Leyli bulağı üçün darıxmışam. Saat oğlu Məmməd dayım ordan axşamüstü çağırırdı, Zeynəb, kənddən ovqat gəlib, yollayıram. Deyirdim, ay dayı, yarı böl, yarısı sənin olsun.

-İkinci binəmiz də sentyabr ayında kəndin yaxınlığında olardı. Həmişə Gilasla ora binəyə düşərdik. Allah İsmayıl müəllimlə rəhmət eləsin. Bir danalı inəyimiz varıydı, Əlinin arvadına vermişdik, sağmağa. Yanına buraxmışdı dananı. Bir də İsmayıl müəllim dedi ki, ay Zeynəb, o dananı bağlayacağam. Dedim niyə? Bağlayandan sonra süd vedrənin ortasından oldu. Bir qoyunqarnı yağ bağladım, bir tulum turşu qaynatdım, iki maşın da odun hazırladım, orda, Allahım haqqı.

-Söz düşdü səmtinə, ağac döngəsinə.

-Kənddə tütündə çalışırdıq, əllərimiz iynələrdə qalmışdı.

-Dədəm sirrini həmişə Allahverdi müəllimlə, Tanrıverdi müəllimə deyərdi. Kənddə ən çox onları istəyərdi.

P.S. Yazı yayımlandıqdan bir gün sonra Osman Qələndərov Omar oğlu telefonla zəng çalaraq əlavələr edilməsi xahişini etdi. Amirxeyir.com olaraq o əlavələri diqqətinizə çatdırırıq:

-Bütün zaman dəyişdi, məkan dəyişdi, ancaq Zebam dəyişmədi, həminki Zebam olaraq qaldı.

-Sən Əmirxeyirin Həcəri, Nigarı, Qılıcın isə Ana simvolu oldun.

-Kim cənnət axtarırsa, Zebamın ayaqları altında axtarsın.

Print Friendly, PDF & Email