“Gödək silvi, Yəhər gəzdəyi üçün burnumun ucu göynəyir”

“Gödək silvi, Yəhər gəzdəyi üçün burnumun ucu göynəyir”

Nəsimi Əliyev Əlövsət oğlu: 

-Əmirxeyir mənim üçün vətən deməkdir. Ordan 8-ci sinifi bitirdikdən sonra çıxmışam.

-Yaddaşımda elə də çoxlu xatirələrim qalmayıb, ancaq ora üçün çox darıxıram.

-Kəndimiz yuxularıma tez-tez girir. Ən çox öz evimizi, sonra tanıdığım yerləri, yaylaqları görürəm.

-Gödək silvi, Yəhər gəzdəyi üçün burnumun ucu göynəyir. Atam o vaxtlar qoruqda işləyəndə çox yerləri gəzmişəm.

-İnanıram ki, bir vaxtlar ora qayıdacağıq. Elə bir şey olsa, hamıdan qabaq gedəcəyəm. Ermənilər imkan versə, elə qalıb orda yaşayardım.

-Saytın oxucularına ən xoş günləri arzulayardım. Qoy elə gün gəlsin ki, hamı Əmirxeyirə qayıtsın.

Print Friendly, PDF & Email