Polad Bülbüloğlunun şah əsəri: “Eşq və ölüm” baleti Belarusda

Polad Bülbüloğlunun şah əsəri: “Eşq və ölüm” baleti Belarusda
print

Belarusun Milli Akademik Böyük Opera və Balet teatrı məşhur bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin premyerasını təqdim edib.

“Eşq və ölüm” baleti “Böyük teatrda balet yayı” adlı III illik festivalı açıb. Tamaşanın yaradıcı heyəti və quruluşçuları həyat və ölüm, tale və borc, xoşbəxtlik və dərd, qələbələr və məğlubiyyətlər haqqında, ən başlıcası – hətta ölümdən də güclü olan əbədi, məğlubedilməz sevgi haqqında suallara cavab veriblər.

Polad Bülbüloğlunun şah əsəri sayılan balet ilk dəfə səhnəyə Bakıda (2005-ci ildə, yeni quruluşda – 2015-ci ildə), ikinci dəfə Yekaterinburqda (Rusiya, 2008-ci il), üçüncü dəfə isə Minskdə xoreoqraf, beynəlxalq müsabiqələr laureatı Olqa Kostelin quruluşunda səhnəyə qoyulub. Belarusun əsas səhnəsində baletin premyerası anşlaqla keçib.

“Eşq və ölüm” baleti Belarusda böyük anşlaqla qarşılanıb

“Eşq və ölüm” baleti Belarusda böyük anşlaqla qarşılanıb