“Kəndimiz son zamanlar yuxuma girmir, deyəsən məndən küsüb”

“Kəndimiz son zamanlar yuxuma girmir, deyəsən məndən küsüb”

Aslan İsmayılov Çopur oğlu: 

-Əmirxeyir mənim üçün doğma yurd, doğma vətən, anadan olduğum yerdir. Bir sözlə, ora cənnətdir.

-Kəndimiz son zamanlar yuxuma girmir, deyəsən məndən küsüb.

-Qarabağ alınacaq, Əmirxeyirin geri qaytarılmasına isə inanmıram. Ancaq oraları görmək ürəyimizdədir. Kaş ki, o gün tez gələydi. Hər bir insan özü üçün son bir arzu planlaşdırıb. Mənim də arzum doğuldum evi, gəzdiyim bağı-baxçanı görməkdir. Zənnimcə, bundan ülvi bir arzu ola bilməz.

-Bu sayt gözəl bir saytdır. Bunu yaradanlara təşəkkür edirəm. O saytda istərdim ki, Qaraqoyunlu dərəsinin hər bir övladı haqda maraqlı yazılar olsun. Xüsusilə, Azərbaycanın ictimai-siyasi, mədəni və quruculuq işlərində əməyi olanları o saytın səhifələrində görməyi arzulayardım. Bütün bunlar gələcək nəsillərimiz üçün bir örnək olar.

-Şəxsən mənim nəvələrim sayta baxanda bilməlidir ki, bu şəxs kim olub, hansı sahədə çalışıb, öz elinə-obasına nə verib. Gələcəkdə o övlad da belə peşələrə sahib olmaq üçün böyüyüb yaşayacaq və o parlaq insanların davamçısına çevriləcək.

-Hamı bilir ki, Qərbi Azərbaycanda daha çox elmlər namizədi və doktorlar bizim kəndimizdə yetişib. Övladlarımız və nəvələrimiz bu saytda onların hər biri haqda bilgi əldə etməlidir.

-Saytın ən böyük uğuru odur ki, Qaraqoyunlu camaatı bir-birini unutmur.