“Əmirxeyir Cənubi Qafqazda ən gözəl kəndlərdən biridir” – VİDEO

“Əmirxeyir Cənubi Qafqazda ən gözəl kəndlərdən biridir” – VİDEO

Sabir Əliyev Cahan oğlu:

 

Sabir Əliyev 1944-cü ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Əmirxeyir kəndində anadan olub. 1961-ci ildə Gölkənd kənd orta məktəbini qızıl medalla, 1967-ci ildə isə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunub.

1969-1972-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji fiziologiya kafedrasında aspirantura keçıb. 1973-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-cı ildə isə dosent vəzifəsinə seçilib. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülüb. 1999-2001-ci illərdə I MPF-nin dekanı işləyib.

2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəcinə seçilib, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən “Tibbi-nəzəri bölmə”nin, universitetin Mərkəzi Metodik Komissiyasının və “anatomiya, patofiziologiya, biokimya, farmakologiya” üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və pediatriya fakultəsinin Elmi Şurasının, Azərbaycan Tibb jurnalı Redaksiya Şurasının və AMEA-da “Tibb” şurasinin üzvüdür.

1992-ci ildən YAP-ın üzvü və universitetin YAP təskilatinin sədridir.

27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümü üzrə akademik seçilib.

306 elmi əsərin, 6 dərsliyin, 4 dərs vəsaitinin, 4 elmi-populiyar brosuna, dünyada ilk dəfə 3 dildə (azərbaycan, rus, ingilis) cap olunan patofizioloji atlas elektron-dərslik kitabının, bir neçə tədris-metodik vəsaitin müəllifidir.

Rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə olunub, 5 namizədlik və 4 doktorluq dissertasiyalari üzərində elmi-tədqiqat işləri davam etdirilir.

1986-cı ildə “Səhiyyə əlaçısı”, 2000-ci ildə “Respublikanın əməkdar müəllimi” fəxri adlarına layiq görülüb. 2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 14 iyun 2007-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

6 mart 2009-cu ildə isə həmin akademiya tərəfindən “Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız” medalı ilə təltif olunub.

15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandıgı nailiyyətlərə görə Avropa “Şərəf və Vicdan” ordeni ilə təltif olunub.

12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunub.

20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı alıb.

24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən “Hippokrat” ordeni ilə, 26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi “İbn-İ-Sina” diplomu ilə təltif olunub.

 

Print Friendly, PDF & Email