Ramzan Kadırov: Çeçenistan İŞİD-i məhv etməyə qadirdir

Çeçenistan İŞİD-i məhv etməyə qadirdir.
Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən Ramzan Kadırov bu sözləri özünün “İnstagram” səhifəsində yazıb.

Kadırov yazıb: “Biz İblis dövlətini tamamilə məhv edə bilərik. Kiminsə ağlına Rusiyaya tərəf hərəkət etmək gələ bilər, amma biz onu sərhədimizdən uzaqlarda dayandıracağıq. Bir daha deyirəm ki, biz hətta yuxuda belə Rusiya rəhbərliyinə və xalqına hədə-qorxu gəlmək fikrinə düşən şəxslərin yanına gələcəyik.”

Qeyd edək ki, İŞİD terror təşkilatı Rusiyadakı üzvlərinə müraciət edərək onları Rusiyaya qarşı cihada başlamağa çağırıb.

YouTube-da yerləşdirilən 9 dəqiqəlik videogörüntüdə silahlılar rusiyalıları hədələyib, prezident Vladimir Putinə isə xəbərdarlıq edərək müsəlmanları Rusiyaya qarşı cihada qoşulmağa çağırıb.

Ekspertlər videogörüntülərin mənşəyini hələlik müəyyən edə bilməyib.

Paylaşın:
Share