“Əmirxeyir tayı-bərabəri olmayan bir yer idi” – VİDEO

“Əmirxeyir tayı-bərabəri olmayan bir yer idi” – VİDEO

Bəhram Şükürov Adil oğlu:

https://www.youtube.com/watch?v=tj_nK6sGH3U


27.06.2016

“Orda yaşayan insanları fərqləndirmək düzgün deyil”

-Əmirxeyir mənim üçün əvəzsiz bir yerdir.

-Kəndimizi dünyanın heç bir yeri ilə müqayisə etmək olmaz, birincisi ora gözəl yer idi. İqlim şəraitinin bütün növləri bu kəndə varıydı. Camaatımız hamıdan yüksəkdə idi, qeyrət-namusunu çəkirdi, xeyirini-şərini bilirdi və bir-birilərini çox istəyirdi. Ümumiyyətlə, bütün Qaraqoyunlu camaatı beləydi.

-Özüm üçün belə müəyyənləşdirmişəm ki, elin tərbiyyəsi ayrı şeydi. Biz əsasən ağsaqqallardan götürdüymüz öyüd-nəsihətlə yaşayırıq. Böyüklərə, qadınlara və kiçiklərə hörmət bizim birinci dərəcəli vəzifəmiz olub.

-Hesab edirəm ki, Əmirxeyir camaatının adı gələndə birinci azərbaycançılıq ideyası meydana gəlir. Yəni Azərbaycana xas olan adət-ənənənin hamısı ordaydı. Orda böyüməyin özü bir şərəf idi.

-Şəxsən mən özüm çalışıram ki, öz hərəkətlərimlə, xüsusilə təəssübkeşliyimlə, mədəniyyətimlə hər kəsə nümunə olum. İndi də istəyirəm ki, hər bir eloğlum bir-birinə hörmət etsin, böyüyün-kiçiyin yerini bilsin.

-Anadan doğulmağımın, orda təhsil almağımın və əsgərliyə getməyimin hər biri özlüyündə bir tarixdir. Orda yaşayan insanları fərqləndirmək düzgün deyil, hamı eyni adamdır. Çünki yaşadığımız təbiət camaatı dağ havasında böyüdüb və buna görə də hamının məsləyi saf olub və bir-birilərilə həmişə xoş söz deyiblər. İndi anlayırıq ki, kənd camaatımızın münasibətlərinin hər biri böyük tarix imiş. Heç kəs orda özünü başqasından üstün hesab etməyib.

-Mənfur ermənilər Qaraqoyunlu camaatını o el-obadan çıxardandan sonra hər kəs öz şəraitinə uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə, Bakı və Sumqayıt şəhərlərində məskunlaşdı. Bununla da hamı pərən-pərən oldu və yalnız şeyir-şər mərasimlərində üz-üzə gəlirik. İndisə istəyirik ki, Əmirxeyir və Bəriabad kənd camaatı o yerlərin iqliminə uyğun bir ərazi tapsın və yeni kənd salsın. Düzdür, belə yer dağ rayonlarının birində artıq tapılıb, hazırda danışıqlar gedir və inanıram ki, bir-birinə bağlı olan bu iki kəndin camaatını yenə bir yerə yığmaq olacaq. Bu təşəbbüs də şəxsən özümə məxsusdur və çalışacağam ki, həyata keçsin. Özümüzə uyğun kənd yerini tapmaq üçün 5 ildir ki, Azərbaycanın rayonlarını gəzirəm. Çünki bu işdə əsas məqam o təbiətə uyğun təbiət tapmaq olub. İlk növbədə çayı, dağı, bulaqları, meşələri olmalıdır.

-Azərbaycan prezidenti ən uzaqgörən siyasət yürüdən liderlərdən biridir. Mən özüm də öz kəndçilərimlə birgə onun hər bir əmrini icra etməyə hazıram. Bu baxımdan inanıram ki, Qarabağ münaqişəsi bizim xeyrimizə həll ediləcək. Çünki hazırda bu münaqişə ilə bağlılığı olan və hətta kənardan seyr edən ölkələr Azərbaycanla hesablaşırlar. Onlar artıq anlayırlar ki, Azərbaycan yüksək intellektual səviyyəli bir dövlətdir. Və bu dövləti İlham Əliyev kimi bir şəxs idarə edir. Qərbi azərbaycanlılar da onun apardığı siyasəti dəstəkləyirlər.

-İrəvanın qədim Azərbaycan torpağı olmasını erməni mənbələr də daxil olmaqla bütün tarix sübut edib.  Bu barədə özüm şəxsən Rusiya prezidenti Vladimir Putinə müraciət etmişəm. Orda yazmışam ki, niyə İrəvanda və Qərbi Azərbaycanın digər bölgələrində yaşayan insanlar öz dədə-baba ocaqlarına qayıda bilmirlər. Əgər rəsmi Moskva bu işdə Azərbaycana kömək etmirsə, qoy kənara çəkilsin və biz öz torpaqlarımızı özümüz alaq. Torpaqlarımız alınarsa, bizim hər birimiz doğulduğumuz Qaraqoyunlu elinə qayıtmağa hazırıq.

-Amirxeyir.com saytının vasitəsilə camaatımıza müraciət edirəm ki, Azərbaycan prezidentinin ətrafında həmişəki kimi sadiq olaraq hazır olsunlar, dövlətimizə yüksək mənada qulluq etsinlər, ölkəmizin hər bir vətəndaşı ilə dost olsunlar və onlarla birlikdə bütün şərəfli adları qazansınlar.

Print Friendly, PDF & Email