“Ağsaqqallarımıza böyük hörmətlə yanaşırdıq” – VİDEO

“Ağsaqqallarımıza böyük hörmətlə yanaşırdıq” – VİDEO

Oruc İsrafilov İsmayıl oğlu: 


14 iyun 2016-cı il

“Dünyanın elə bir yeri yoxdur ki, Əmirxeyir kimi mənzərəsi olsun”

-Əmirxeyir mənim üçün el-oba, vətən, doğulduğum yerdir. Ora mənim üçün hər şeydir.

-Orda böyüyüb başa çatmışam, təhsil almışam. Yaxşılıqları, hörməti, məhəbbəti də orda görmüşəm. Bizim camaat bir-birini çox istəyirdi.

-Biz hazırda torpaqlarımızdan uzaq düşsək də ürəyimiz, qəlbimiz ordadır. Kəndimiz azad olsa, bir nəfər kimi hamımız ora getməyə, yaşamağa hazırıq.

-Mən fəxr edirəm ki, Əmirxeyir kəndində yaşamışam, çünki orda əvəzolunmaz kəndçilərim olub.

-Kəndimizdən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm, qalanlara isə can sağlığı arzulayıram.

-Dünyanın elə bir yeri yoxdur ki, Əmirxeyir kimi mənzərəsi olsun. Bu baxımdan tez-tez yaylağımıza turistlər gələrdi. Orda soyuq bulaqlar, müalicəvi mineral sular var idi. Təəssüf ki, ürəyimizcə o sulardan istifadə edə bilmədik.

-Torpaqlarımız da çox münbit idi. Bizim nəslin hamısı orda cavanlıq vaxtlarını keçirdi, heyf ki, xoş günlərimiz uzun sürmədi, deportasiya olunduq.

-Hazırda o yerlərə əlimiz çatmır, sağlıq olsa, yenidən ora gedəcəyik, çünki ürəyimiz oralarla döyünür.

-Ata-babalarımızın, yaxınlarımızın qəbirləri ordadır, gedib onları ziyarət edəcəyik.

Print Friendly, PDF & Email