Argentina millisinin sabiq məşqçisi: Messi böyük oğlandır

Argentina millisinin sabiq məşqçisi: Messi böyük oğlandır

Argentina millisinin sabiq məşqçisi Sezar Luis Menotti Lionel Messinin zədəsinə sərt reaksiya verən Edqardo Bausanın sözlərinə münasibət bildirib.

Menotti ulduz futbolçunun qayğısına özü qala biləcəyini söyləyib:

“Messi böyük oğlandır. Onun 30-a yaxın yaşı var. Yeniyetmə deyil və sağlamlığının qeydinə özü qala bilər. O, nə vaxt oynayıb riskə getməyi yaxşı ayırd edir. Buna görə düşünürəm ki, artıq sözlərə ehtiyac yoxdur. Messi həmişə qalib gəlmək istəyir”. (goal.az)

Print Friendly, PDF & Email