Azərbaycanın valyuta ehtiyatları 40,1 milyard dollar olub – 8 ayda

Azərbaycanın valyuta ehtiyatları 40,1 milyard dollar olub – 8 ayda

Bu ilin səkkiz ayında Azərbaycanın valyuta ehtiyatları 40,1 milyard ABŞ dolları olub.

Amirxeyir.com bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatına istinadən bildirir.

Bunun 35,9 milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin, 4,2 milyard dolları Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının payına düşür.