“Fantastik canlılar və onların yaşadığı yerlər” filminin son treyleri

“Fantastik canlılar və onların yaşadığı yerlər” filminin son treyleri

“Warner Bros” kino şirkəti “Fantastik canlılar və onların yaşadığı yerlər” filminin son treylerini təqdim edib.

Film yazıçı Nyut Skamanderin Nyu-York məxfi sehrbazlar cəmiyyətindəki macəraları haqqındadır. Hadisələr Harri Potterin bu yazıçının kitabını məktəbdə oxumasından və Volan-de-Mort üzərində qələbə çalmasından 70 il öncə baş verir. Hekayənin mərkəzində yazıçı və sehrbaz-zooloq Nyut Skamanderdir. O, vəhşi heyvanlar – hippoqriflər, əjdahalar və başqa sehrli canlıların axtarışında dünya səyahəti edir. Tapdığı canlıları Skamander həmişə özü ilə daşıyır. Bu canlıları o kiçildilmiş şəkildə öz sakvoyajında daşıyır. Ancaq bir dəfə onlardan biri buradan qaça bilir.

Filmin dünya premyerası noyabrın 16-da baş tutacaq.

Print Friendly, PDF & Email