Azərbaycan neftinin qiyməti 51 dolları ötüb

Azərbaycan neftinin qiyməti 51 dolları ötüb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 48,69 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar azalaraq 50,87 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,93 dollar bahalaşaraq 51,27 dollar təşkil edib.

Print Friendly, PDF & Email