Azərbaycanda problemli kreditin həcmi açıqlandı – Şok rəqəm

Azərbaycanda problemli kreditin həcmi açıqlandı – Şok rəqəm

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1 592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9% və yaxud 88,5 mln. manat çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,6%, illik müqayisədə isə 19,4% artıb.

Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət iyulun sonunda 9%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,6% olub.

Print Friendly, PDF & Email