Bu deputatın 62 mənzili var

Bu deputatın 62 mənzili var

Rusiyada yeddinci çağırış Dövlət Dumasına seçilmiş “Vahid Rusiya” partiyasının təmsilçisi, Arxangelsk vilayətindən iş adamı Andrey Palkinin 62 mənzili var.

Bu xəbəri RBK televiziyası verib.

Palkinin özünün vergi orqanlarına təqdim etdiyi bəyannaməyə əsasən, 2015-ci ildə onun gəlirləri 1,5 milyard rubl (təxminən 24 milyon dollar) təşkil edib. Həmin sənədə əsasən, yeni deputatın Arxangelsk vilayətində 59 mənzili, Moskva vilayətində isə 3 mənzili var. Bundan savayı, Palkin 200 nəqliyyat vasitəsinin sahibidir ki, bunun da əksəriyyəti tikinti texnikasıdır.

Image result for андрей палкин архангельск

Mənbənin məlumatına əsasən, Andrey Palkin 1990-cı illərdən Arxangelsk vilayətində tikinti biznesi ilə məşğuldur və burada fəaliyyət göstərən tikinti şirkətlərinin səkkizi ona məxsusdur. Regionda o, ucuz mənzillərin satışı ilə məşğul olan iş adamı kimi tanınıb. (Virtualaz.org)