“Əli və Nino” filminin premyerası oldu – FOTOLAR

“Əli və Nino” filminin premyerası oldu – FOTOLAR

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva, eləcə də ekran əsərinin yaradıcı heyəti iştirak ediblər.

Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimat mərasimində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Adam Bakri filmdə yaratdığı roldan zövq aldığını deyib.

Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkəmizin bolşeviklər tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmin prodüseri Kris Tikye, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustanda, Xınalıqda, Gəncə və Gədəbəydə aparılıb. Baş rollarda Adam Bakri (Əli) və Mariya Valverdenin (Nino) çəkildikləri 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar rol alıblar.

“Əli və Nino” ilk dəfə 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində nümayiş olunub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib. İctimaiyyətə ilk dəfə təqdim olunan bu film artıq dünya mediasının da gündəmindədir.

Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Daha sonra Kris Tikye Leyla Əliyevanı, Kristofer Hemptonu, Mariya Valverdeni və Numan Akarı səhnəyə dəvət edib.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq kinoteatrlarda şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Qeyd edək ki, oktyabrın 24-dən başlayacaq Asiya Dünya Film Festivalı isə “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

“Əli və Nino” filminin premyerası

Print Friendly, PDF & Email