İstanbulda Polis Mərkəzi yaxınlığında partlayış: 5 nəfər yaralandı

İstanbulda Polis Mərkəzi yaxınlığında partlayış: 5 nəfər yaralandı

İstanbulda Polis Mərkəzi yaxınlığında törədilən terror aktında 5 nəfər yaralanıb.

NTV-nin verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.

Yaralıların hamısı xəstəxanalara çatdırlıb. Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.

Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir.

Məlumatda o da bildirilir ki, eyni Polis Mərkəzi 2012-ci ildə də terror hücumuna məruz qalıb.

17:20

İstanbulda “Şirinevler 75 il” polis mərkəzi yaxınlığında partlayış olub.

“Haber7” xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis qüvvəsi cəlb edilib.