Filmdə hadisələr 1942-ci ildə baş verir. Şimali Afrikada missiya yerinə yetirən kəşfiyyatçı Maks (Bred Pitt) Müqavimət hərəkatı iştirakçısı olan xanımla(Marion Kotiyyar) qarşılaşır. Onlar arasında yaxın münasibətlər yaranır. Ancaq bu münasibətlər ilk növbədə onlardan
birinin sirlərinə görə idealdan uzaqdır.

Filmin rejissoru Robert Zemekisdir. “Müttəfiqlər” filmi noyabrın sonunda prokata çıxacaq.