Salvador Dalinin yemək reseptlərindən ibarət kitab

Salvador Dalinin yemək reseptlərindən ibarət kitab

Taschen nəşriyyatı Salvador Dalinin Les Dines de Gala kulinariya kitabını yenidən nəşr edib. Bura rəssam və onun həyat yoldaşı Qalanın dəvətli ziyafətlərində təqdim edilən yemək reseptləri daxildir.

Salvador Dalinin yemək reseptlərindən ibarət kitab

İlk dəfə olaraq, Les Diners de Gala kitabı 1973-cü ildə limitli tirajla buraxılıb. 12 bölmədən ibarət yeni topluda Dalinin illüstrasiyaları ilə 136 resept toplanıb. Onların arasında “Vikinqlərin otlarında xərçənglərin meşəsi”, “Şam qozaları ilə irislər”, “Minillik yumurtalar”, “Qurbağalı piroqlar” kimi orijinal adları olan yeməklər var. Yeməklərin çoxunu ev şəraitində hazırlamaq mümkündür. Kitabda göstərilən bəzi reseptlər Lasserre, La Tour d’Argent, Maxim’s və Le Train Bleu kimi məşhur fransız restoranlarının baş aşpazları tərəfindən hazırlanıb.

Kitabın qiyməti 60 dollardır, ilkin sifarişi Amazon saytından etmək mümkündür.

Salvador Dalinin yemək reseptlərindən ibarət kitab

Salvador Dalinin yemək reseptlərindən ibarət kitab

Salvador Dalinin yemək reseptlərindən ibarət kitab