ABŞ və Rusiyadan Qarabağ etirafları – işğalçını kim ram edəcək?

ABŞ və Rusiyadan Qarabağ etirafları – işğalçını kim ram edəcək?
Ermənistan işğal elədiyi Azərbaycan ərazilərində təxribatçı əməllərini davam etdirir. Qısa fasilədən sonra işğalçı qüvvələrin torpaqlarımızda növbəti dəfə hərbi təlimlərə başlaması bir daha düşmənin Dağlıq Qarabağ məsələsinin sülh yolu həllində maraqlı və ya buna hazır olmadığına şübhə yeri saxlamır. Heç şübhəsiz, qarşı tərəf bu cür təxribatlarla vaxt udmağa, status-kvonu uzatmağa çalışır. Ancaq yaddan çıxarır ki, bununla bölgədə yeni müharibənin alovlanmasına və növbəti dəfə Azərbaycan tərəfindən cəzalanmasına zəmin hazırlayır.
Məsələ də ondadır ki, Azərbaycan işğalçı ölkənin bütün hərbi manevrlərini, o sırada hərbi texnikasının hərəkətini diqqətlə izləyir və müvafiq kontur-tədbirlər hazırlayır. Müdafiə Nazirlindəki son müşavirədən sonra verilən açıqlama da göstərdi ki, düşmənin nəinki Azərbaycan torpaqlarındakı, həm də Ermənistandakı hərbi xarakterli hərəkətləri və obyektləri ciddi nəzarətə və hədəfə götürülüb.
***
Şübhəsiz ki, Azərbaycana təcavüzkara bu dəfə daha güclü zərbə vurmaq üçün onun üzərində hərbi üstünlüyünü saxlamağın vacibliyini anlayır. Ərazisi işğal altında olan ölkə kimi ölkəmizin öz hərbi qüdrətini istənilən yolla artırmağa tam haqqı çatır və bunu edir də.
Son illər hərbi parkımızın yeni və daha müasir silahlarla zənginləşməsi də göstərir ki, Bakı İrəvan hərbi balansı nəinki öz xeyrinə dəyişməyə imkan verməyəcək, heç hərbi balans yaratmağa da qoymayacaq. Ermənistandakı “İsgəndər” raketləri ilə bağlı Azərbaycanın reaksiyası da göstərdi ki, işğalçı ölkənin arxayınlaşması üçün heç bir əsas yoxdur. Bunu əcnəbi siyasi və hərbi ekspertlər də etiraf edir.
***
“Azərbaycanda 120 kiilometr məsafədə hədəfləri məhv edən İsrail raketləri artıq var”. Bunu “Moskva-Bakı” portalına açıqlamasında tərəflər arasında hərbi qüvvələr balansını şərh edən rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib (Axar.az). Onun sözlərinə görə, İsraillə yanaşı, Azərbaycan Çin və Belarusdan da yeni raketlər ala, ən önəmlisi, özü istehsalı qura bilər.
Image result for rocket İsrael
“İsrailin həmçinin orta mənzilli “Yerixon” raketləri var, amma mən indiyədək 300 kilometrdən uzaq məsafədəki hədəfləri məhv edən raketlərin kiməsə satıldığını görməmişəm. Bu, Vassenaar razılaşmasını poza bilərdi. Bu müqavilə sayəsində 300 kilometrdən uzaq məsafədəki hədəfləri məhv edən raketlərin satışı qadağan edilir. Üstəlik, israillilər bu işi görməkdən ötrü Vaşinqtonla razılaşmalıdırlar. Nəzəri olaraq İrandan da “Şahab” raketlərini almaq mümkündür. Buradan Azərbaycana silahları çatdırmaq asandır. Ən azından ümumi sərhədlər mövcuddur. Bu məsafədə hədəfləri məhv edəcək raketlər Çində də mövcuddur. Onlar isə İran raketlərindən daha müasirdir. Azərbaycanda hərbi sənaye kompleksi hələ sovet dövründən olub. Burada hərbi zavodlar və mütəxəssislər qalıblar. Bunların hamısından istifadə etmək olar. Bakı üçün ən tez yol birgə istehsal, yəni xarici texnologiyanın öz ərazisində yığılışıdır. Eyni yoldan Türkiyə də istifadə edir. Özbaşına nə isə yaratmaq baha başa gəlir. Bakı burada Ukrayna və ya İsraillə ümumi istehsala gedə bilər. İsrail artıq tez-tez başqa ölkələrə texnologiyalar verir” – analitik qeyd edib.
Image result for ADEX 2016
Yeri gəlmişkən, bu yaxınlarda Bakıda keçirilən “ADEX 2016″ sərgisində Azərbaycan Müdafiə Sənayesi (MSN) Nazirliyinin istehsal etdiyi aviasiya bombaları nümayiş etdirilib. MSN müəssisələri tərəfindən istehsal olunan bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Bunlar təyyarə və helikopterdən atılan bombalardır. Qəlpəli-fuqas aviasiya bombalarının ən kiçiyi 25, ən böyüyü isə 500 kq-dır.
Həmçinin bunlar sərbəst düşən və idarəolunan aviasiya bombalarıdır. Onların arasında 100 və 250 kiloqramlıq bombalarla yanaşı, betondələn aviasiya bombaları da var. Aviasiya bombalarının atılan hündürlükdən asılı olaraq dağıdıcı məsafəsi də dəyişir. Ən diqqət çəkən “QFAB-100S AB” qəlpəli-fuqaslı süzən aviasiya bombasıdır.
***
Təəssüf ki, işğalçı Ermənistanın destruktiv mövqeyi ucbatından Qarabağa danışıqları təzədən qeyri-müəyyən müddətə dalana girib və bölgədə silahlanma yarışı yeni impuls qazanıb. Belə görünür, bu il sülh nizamlanmasında ciddi dönüş olacağı haqda ən nikbin siyasi ekspertlərin proqnozları da artıq fiasko sayıla bilər. Onlardan biri də Rusiyadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, prezident Vladimir Putinin səlahiyyətli şəxslərindən biri, Rusiya prezidenti yanında İctimai Şuranın üzvü, politoloq Sergey Markovdur.
Image result for Sergey Markov
“Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi. Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il “Kazan formulu” əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Torpaqların bir qisminin qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı”. Bunu o, dünən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.
Image result for minsk group
Müharibə risklərinin artdığı mövcud vəziyyətə görə əsas məsuliyyət isə sözsüz ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, məxsusən də Ermənistana güclü təsir imkanlarına malik Rusiyanın üzərindədir. Rusiya isə aprel döyüşlərindən sonra müəyyən diplomatik fəallıq göstərsə də, bunun davamını gətirmədi və Markovun proqnoz elədiyi kimi, ilinin sonunadək köçkünlərin bir qisminin öz yurdlarına qayıtması reallaşmadı.
***
Bu arada ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı sülh danışıqları ətrafında duruma əlavə bədbin rəng qatdı. Bu bəyanat xüsusən də Bakıda qıcıq yaratdı.
 
Image result for Con kerri
“Kerrinin bəyanatı bizi təəccübləndirir və məyus edir”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib (APA). Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən superdövlətin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur: “Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həlinə hazır olmadığını iddia edir. Tutaq ki, tarixi Azərbaycan torpağı olan Qarabağla bağlı danışıqlarda fikir mübadiləsi aparılır. Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, Minsk Qrupunun 3 üzvünə verilib. Ancaq hələ də bu sahədə çox böyük uğur görmək mümkün olmayıb”.
 
Prezidenti Administrasiyası rəhbərinin müavini bir daha Ermənistanın işğalçı dövlət olduğunu xatırladaraq deyıb: “Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ da BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlar da qətnamələr və qərarlar qəbul edilib. ATƏT-in Minsk Qrupuna üzv olan 3 dövlətin prezidentləri də status-kvo-nun dəyişməli olduğunu bəyan ediblər. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonunun azad edilməsi ilə haqda bir cümlə deyə, bir mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyil. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, bu bəyanata ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə aydınlıq gətirsin”.
***
Əslində buna indi lüzum da yoxdur. Çünki Obama administrasiyasının siyasi ömrünə cəmi 1-2 ay qalıb. Əfsus ki, Obamanın prezidentliyi dönəmində biz Ağ Evin Qarabağ konfliktinin həllinə ciddi şəkildə girişdiyinin, böyük diplomatik fəallığının şahidi olmadıq. Bu müddətdə Rusiya lideri dəfələrlə Əliyev-Sərkisyan görüşünü təşkil elədi, Obama isə bircə dəfə də Vaşinqtonda analoji təmas təşkil eləmədi – buna imkanlar yetərli ola-ola. Ümid qalır ABŞ-ın yeni administrasiyasına. (Musavat.com)
Print Friendly, PDF & Email