Azərbaycan Norveçi 1-0 hesabı ilə uddu – YENİLƏNİB (VİDEO)

Azərbaycan Norveçi 1-0 hesabı ilə uddu – YENİLƏNİB (VİDEO)

Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milli komandaları qarşılaşıb.

Oyun Azərbaycan futbolçularının 1-0 hesablı qələbəsilə sona çatıb.

Yeganə qolu oyunun 11-ci dəqiqəsində Maksim Medvedyev vurub.

Beləliklə, Azərbaycan millisi tarixində ilk dəfə olaraq seçmə matçların ilk iki oyununda ardıcıl iki qələbə qazanıb.

Xatırladaq ki, Azərbaycan millisinin start heyətində Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Maqomed Mirzabekov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Ruslan Qurbanov, Dmitri Nazarov və Ağabala Ramazanov meydana çıxıblar.

Norveçin ilk on birliyində isə Rune Yarsteyn, Yunas Svensson, Even Havlann, Stefan Strannberq, Haytam Alisami, Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Pol-Andre Hellann, Markus Henriksen, Adama Domande və Coşua Kinq yer alıblar.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Liran Lianidir. Ona həmyerliləri Nissan Davidi və David Elias Biton kömək ediblər. Dördüncü hakim funksiyasını Eitan Şmuelevitz yerinə yetirib.

Matçın UEFA nümayəndəsi Çarles Şaack (Lüksemburq), hakim-inspektoru isə Erol Ersoy olub (Türkiyə).

Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb və komandamız görüşdən minimal hesablı üstünlüklə ayrılıb – 1:0.

Print Friendly, PDF & Email