Florens imkanlı ailədə boya-başa çatıb və onun ən böyük arzusu opera müğənnisi kimi tanınmaq olub. Lakin Cenkins musiqi duyumunun, səsinin və ritm duyğusunun olmamasına baxmayaraq, bu arzusunu gerçəkləşdirə bilir. Onun Nyu-Yorkun “Karnegi holl” zalında baş tutan konsertinə biletlər qısa zamanda satılır, çıxışları anşlaqla keçir.

Filmin rejissoru Stiven Frirsdir. Baş rollarda Xyu Qrantla Meril Strip çəkiliblər.