Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalandı – YENİLƏNİB

Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalandı – YENİLƏNİB
print
İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb.

TASS agentliyinin verdiyi xəbərə görə, sənədi iki ölkənin energetika nazirləri imzalayıb.

İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.

Bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.

Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.

Image result for turkey russia

21:38

Rusiya ilə Türkiyə arasında “Türk axını”nın iki xəttinin inşasına dair hökumətlərarası saziş imzalanacaq.

TASS agentliyinin verdiyi xəbərə görə, bunu “Qazprom” şirkətinin prezidenti Aleksey Miller bəyan edib.

“Sazış Qara dənizin dibi ilə iki magistral boru kəmərinin inşasını nəzərdə tutur. Hər iki xəttin inşası 2019-cu ilin dekabrında başa çatacaq”, – deyə A.Miller bildirib.