Azərbaycan millisi səfərdə Çexiya yığmasının qonağı olacaq – Bu gün

Azərbaycan millisi səfərdə Çexiya yığmasının qonağı olacaq – Bu gün

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gün saat 22:45-də Ostrava şəhərindəki “Mestsky” stadionunda Çexiya və Azərbaycan milli komandaları qarşılaşacaq.

Oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Matej Juq olacaq. Ona həmyerliləri Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mitja Zqaneç yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi kiprli George Kumas, hakim-inspektoru isə ispaniyalı Manuel Diaz Veqa olacaq.

Hazırda hesabında 6 xal olan Azərbaycan millisi turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Millimiz San Marino və Norveç yığmalarına minimal hesabla qalib gəlib – 1:0.

Print Friendly, PDF & Email