Azərbaycan futbolçuları Çexiyada uduzmadı: 0-0

Azərbaycan futbolçuları Çexiyada uduzmadı: 0-0
Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulur.
Azərbaycan millisi də növbəti oyununa çıxıb.
Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəli nəticə ilə dönüb: 0-0.
Beləliklə, Azərbaycan millisi 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə qərarlaşıb. İlk yeri isə 9 xalla Almaniya yığması tutur.
11 oktyabr
22:45. Çexiya – Azərbaycan – 0:0
Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali (Sloveniya)
Ostrava. “Vitkovitse” stadionu