Antonio Quterreş BMT-nin Baş katibi postuna təsdiqləndi

Antonio Quterreş BMT-nin Baş katibi postuna təsdiqləndi
print
Oktyabrın 13-də BMT-nin Baş Assambleyası Portuqaliyanın sabiq baş naziri Antonio Quterreşi beynəlxalq təşkilatın Baş katibi postuna təsdiq edib.

Quterreşin namizədliyi konsensusla qəbul olunub.

67 yaşlı Antonio Quterreş Portuqaliya Sosialist Partiyasının baş katibi olub, sonradan ölkə parlamentinə başçılıq edib və 10 il BMT-nin qaçqınlar üzrə komitəsinin ali komissarı postunu tutub.

Quterreş bu vəzifədə ikinci beşillik müddətini başa vuran koreyalı diplomat Pan Gi Munu əvəzləyərək, BMT-nin 9-cu Baş katibi olacaq. O, bu postda vəzifəsini 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək icra edəcək.