İstanbulda dayanacaqdan 25 min manat pul tapılıb – VİDEO

İstanbulda dayanacaqdan 25 min manat pul tapılıb – VİDEO

Türkiyədə Hanife adlı bir qadın avtobus dayanacağından təxminən 25 min manat tapıb. Qadınn tapdığı pullar məhz Azərbaycanın manat əskinaslarıdır.

Ədirnəqapıda bir avtobus dayanacağında sahibsiz bir paketin olduğunu görən Hanifə, ilk olaraq paketdən şübhələnib. Lakin onun açdığı zaman şok olub. Belə ki, içərisində pulun olduğunu görən Hanife, dərhal polisə gedib. Polis məmurları tərəfindən qarşılanan Hanife, nümunəvi addımı səbəbi ilə təbrik edilib.

Paketdə təxminən 25 min manat pul olub.

Evə dönən Hanife, pulun sahibini tapmaq üçün sosial şəbəkələrdə kampaniya başladıb. Tapdığı pulların sahibinə qaytarılmasının ən böyük istəyi olduğunu deyən Hanife, “İnşallah pul sahibinə çatdırılar. Mən restoranda işləyirəm. Alnımızın təri ilə çalışaraq qazandığımız pulu yeyirik. Usta yanında köməkçiyəm. Haram pul yemirik” sözlərindən istifadə edib.

Polis pulun sahibinə qaytarılması üçün araşdırmalara başlayıb.(Bizimyol.info)

Print Friendly, PDF & Email