Həftənin filmi: “İntiharçılar dəstəsi” – VİDEO

Həftənin filmi: “İntiharçılar dəstəsi” – VİDEO

“İntiharçılar dəstəsi” – təhlükəli tapşırıq yerinə yetiməli olan cinayətkarlardan ibarət dəstə belə adlanır.

Bu cinayətkarları ən pis halda ömürlük həbs gözləyir, odur ki, onların itirməyə heç nəyi yoxdur. Onlar qaçmaq istədikləri halda isə boyunlarındakı xalta partlayacaq. Bu, həbsdən can qurtarmaq üçün yeganə variantdır. Ancaq sirli “rəqib” onlar üçün “xoş” sürpriz hazırlayır. Onun cəmiyyəti üz-üzə qoyacağı təhlükə kriminal dünyadan gözlənilənlərdən tamamilə fərqlidir. Şəhərin üzləşəcəyi bu xaosda intiharçıların təkcə sağ qalmaq deyil, həm də azadlığa çıxmaq üçün bütün şansları var.

Rejissoru Devid Eyrin filmində Marqo Robbi, Uill Smit, Cared Leto, Cay Kortni, Kara Delevin, Cey Ernandes, Yuel Kinnaman, Viola Devis və başqaları çəkiliblər.