İtaliyalı gözəl Türk filmində oynamaq istəyir

İtaliyalı gözəl Türk filmində oynamaq istəyir

BEYNƏLXALQ Antalya Film Festivalına qatılan italyan sənətçi Maria Grazia Cucinotta, bir Türk filmində rol almağı çox istədiyini ifadə edərək “Siciliyalı olduğum üçün bir Türk qadınını oynamaq mənim üçün çox asan və əyləncəli olardı. Çünki kültürlərimiz bənzəyir” dedi.

Amirxeyir.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə 53-cü dəfə təşkil edilən Beynəlxalq Antalya Film Festivalına qatılan italyan sənətçi Maria Grazia Cucinotta, Antalyanı ilk dəfə ziyarət etdiyini söylədi.

Antalyanı çox bəyəndiyini deyən Cucinotta, festivalın dünyada və Türkiyədə fərqli kinoların tanınması üçün yaxşı bir fürsət olduğunu qeyd etdi. Burada yeni sinemaçılarla tanış olmaqdan xoşbəxt olduğunu dilə gətirən Cucinotta, İtaliyada çox məşhur olan Türk rejissor Ferzan Özpeteki yaxşı tanıdığını, oyunçu Serra Yılmazı da sevərək izlədiyini bildirdi.

İki adın Türkiyəni çox yaxşı təmsil etdiyini qeyd edən Maria Grazia Cucinotta, “Onlardan Türkiyə ilə əlaqədar çox gözəl şeylər öyrəndik. Ferzan Özpetek haradasa İtalyan oldu. Türk kinosunu çox gözəl tanıtdığı üçün təşəkkür edirəm” dedi.

Antalyaya ilk gördüyündə “Muhteşem” deyən Cucinotta fikrini belə tamamlayıb: “Burada qalmaq istədim. Yaz mövsümü burada hələ də davam edir. Şəhəri çox sevdim”.

Print Friendly, PDF & Email