Neymar 2021-ci ilədək “Barselona”da

Neymar 2021-ci ilədək “Barselona”da

“Barselona” klubu Neymarın müqaviləsinin 30 iyun 2021-ci il tarixinə qədər uzadılacağını və imzanın 21 oktyabrda atılacağını bildirib.

Amirxeyir.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniya Birinci Futbol Liqası (La Liga) komandalarından olan “Barselona” braziliyalı futbolçu Neymarın müqaviləsinin uzadılması üçün uzun müddətdir davam edən müzakirələrin müsbət bir şəkildə nəticələndiyini deyib.
“Barselona” klubundan edilən şərhdə Neymarın müqaviləsinin 30 iyun 2021-ci il tarixinə qədər uzadılacağı, rəsmi imzaların 21 oktyabr cümə günü klub binasında atılacağı bildirildi.
26 may 2013-cü il tarixində “Santos”dan “Barselona”ya transfer olan Neymarın müqaviləsi, normal şərtlərdə 2018-ci il iyun ayında sona yetməliydi.

24 yaşlı Neymara, Paris Saint-Germain və Manchester City kimi Avropadakı bir çox klubdan transfer təklifləri gəldiyi iddia edilirdi.