PKK-ya qarşı yeni əməliyyat başlayır – 15 kənd boşaldıldı

PKK-ya qarşı yeni əməliyyat başlayır – 15 kənd boşaldıldı

Türkiyədə PKK-ya qarşı yeni əməliyyat başlayır. Valilik 15 kənddə küçəyə çıxma qadağasını elan etdi.

Amirxeyir.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lice, Hazro və Kocaköy mahallarının sərhədləri içərisindəki dağlıq və meşəlik sahədə fəaliyyət göstərən, aralarında təşkilat rəhbərlərinin də olduğu terroristləri təsirsiz hala gətirmək, onların sığınacaqlarını, anbarlarını və zenit mövqelərini məhv etmək, avtomobillərini ələ keçirmək məqsədilə əməliyyat həyata keçirilir.

Qadağanın əməliyyat keçirilən bölgələrdə əhalinin can və mal təhlükəsizliyini təmin etmək məqsədilə edildiyi deyilir.

PKK'ya karşı yeni operasyon başlıyor

Print Friendly, PDF & Email