Tanınmış model teleaparıcılıq edəcək – VİDEO

Tanınmış model teleaparıcılıq edəcək – VİDEO

Karli Kloss Netflix kanalında yayımlanacaq “Bill Nay dünyanı xilas edəcək” verilişinin aparıcılarından biri olacaq.

Gələn il efirə çıxacaq elmi şounun aparıcısı Bill Nay olacaq. Layihə elmin siyasət, mədəniyyət və cəmiyyətə təsiri haqqında danışacaq və hər bir epizodda bir elmi mövzu nəzərdən keçiriləcək. Elmə və texnologiyalara sevgisi ilə tanınan model Karli Kloss Bill Nayın həmkarı olaraq çıxış edəcək.

“Hər kəsə salam! Mənim əla xəbərlərim var. Gələn yazdan məni təkrarolunmaz Bill Nayın teleşousunda görəcəksiniz. Biz dünyanı bir yerdə xilas edəcəyik!” – deyə model yeni şounun treylerində bildirib.

Print Friendly, PDF & Email