Azərbaycanın Dövlət Müstəqilliyinin əleyhinə səs verən deputatlar – SİYAHI

Azərbaycanın Dövlət Müstəqilliyinin əleyhinə səs verən deputatlar  – SİYAHI
25 il öncə – 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul edib.
Xatırladaq ki, o zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat isə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. (Digərləri isə iclasa qatılmayıb)
Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik:
  1. Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri,
2. Yaşar Əliyev – Azərbaycanın Çindəki səfiri,
3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,
4. Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov – sabiq nazir, vəfat edib
6. Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı
9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat
10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova – xalq artisti, deputat
12. Madər Musayev –3 dönəm arxa-arxaya Binəqədi rayonundan millət vəkili seçilib
13. Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko – sabiq deputat
15. Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir
16. Əli Həsənov – Baş nazirin müavini, «Qaçkınkom»un sədri
17. Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsinin sədri
18. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı
19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov – işsiz
21. Arif Ağayev – Yasamalın keçmiş icra başçısı
22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı
24. Tapdıq Kamalov – sabiq deputat
25. Rüfət Əsədov – Nazirlər  Kabinetində  şöbə müdiri
26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov – Nazirlər Kabinetində  şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov – deputat
29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
30. Telman Orucov – ADP-nin keçmiş katibi
31. Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri
Print Friendly, PDF & Email