Çempionlar Liqası: Qrup mərhələsinin 3-cü turuna start veriləcək – Bu gün

Çempionlar Liqası: Qrup mərhələsinin 3-cü turuna start veriləcək – Bu gün

Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarına start veriləcək.

Turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında mübarizə aparan komandalar meydana çıxacaq.

“E” qrupunda Rusiyanın CSKA klubu Fransanın “Monako” komandasını qəbul edəcək. Qrupun digər oyununda Almaniyanın “Bayer Leverkuzen” komandası ilə İngiltərənin “Tottenhem” klubu qarşılaşacaq.

“F” qrupunda Portuqaliyanın “Sportinq” klubu “Borussiya Dortmund”, “Real Madrid” isə Polşanın “Legia” komandası ilə üz-üzə gələcək.

“G” qrupunda “Brügge” (Belçika) – “Portu” (Portuqaliya) və “Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka) oyunları keçiriləcək.

“H” qrupunda isə Xorvatiyanın “Dinamo Zaqreb” klubu “Sevilya”nı qəbul edəcək. Digər oyunda isə “Olimpik Lion” komandası doğma meydanda “Yuventus” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun digər oyunları oktyabrın 19-da keçiriləcək.

Print Friendly, PDF & Email