“Ye, dua et, sev” filmindəki restoranın Londonda filialı açılacaq

“Ye, dua et, sev” filmindəki restoranın Londonda filialı açılacaq

“Ye, dua et, sev” filmindən sonra populyarlaşan “L’Antica Pizzeria da Michele” italyan restoranının Londonda filialı açılacaq.

1906-cı ildə Neapol şəhərində açılan bu restoranın sahibi Mikele Kondurro həyatı boyu ancaq “Marqarita” və “Marinara” pitsalarını hazırlayıb. Məşhur aşpaz yalnız onların ikisini əsl pitsa növü hesab edirdi. Bir əsrdən çoxdur ki, aşpazlar Mikele Kondurronun bu prinsipinə əməl edirlər və indi bu Neapol ənənələrini Londonda davam etdirməyi planlaşdırırlar. Restoranın filialı 2016-cı ilin sonunda açılacaq.

Qeyd edək ki, ən böyük Michele pitsasının qiyməti 4 avrodur. Bu qiymət strategiyasını onlar Böyük Britaniyada da tətbiq edəcəklər. Əsas yeməyə şərab və pivə də təklif ediləcək. Restoran 125, Church Street, Stoke Newington ünvanında yerləşəcək.

Print Friendly, PDF & Email