Çempionlar Liqası: Messi şou göstərdi

Çempionlar Liqası: Messi şou göstərdi

Oktyabrın 19-da UEFA Çempionlar Liqasında üçüncü tura yekun vurulub.

İkinci oyun günündə A, B, C və D qruplarında səkkiz qarşılaşma keçirilib.

Günün ən maraqla gözlənilən qarşılaşması “Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) klubları arasında keçirilib. Rəqibinin qapısına dörd dəfə yol tapan İspaniya təmsilçisi qapısını toxunulmaz saxlamağı da bacarıb. 4 topdan 3-ü Messinin, 1-si isə Neymarın adına yazılıb.

Beləliklə, Messi zədəsindən sonra yenidən yaşıl meydanlara qayıdıb və futbol şousu gostərib.

 

Türkiyənin “Beşiktaş” klubu isə İtaliyada “Napoli”dən üstün olub: 3-2.

 

Üçüncü turun ikinci günündə aşağıdakı nəticələr qeydə alınıb.

“A” qrupu

“Arsenal” (İngiltərə) – “Ludoqorets” (Bolqarıstan) – 6:0

“PSJ” (Fransa) – “Bazel” (İsveçrə) – 3:0

“B” qrupu

“Napoli” (İtaliya) – “Beşiktaş” (Türkiyə) – 2:3

“Dinamo” (Kiyev, Ukrayna) – “Benfika” (Portuqaliya) – 0:2

“C” qrupu

“Seltik” (Şotlandiya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – 0:2

“Barselona” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 4:0

“D” qrupu

“Rostov” (Rusiya) – “Atletiko” (İspaniya) – 0:1

“Bavariya” (Almaniya) – “PSV Eyndhoven” (Hollandiya) – 4:1

Print Friendly, PDF & Email