“Qarabağ” ilk qələbəsini qazandı – Avropa Liqasında

“Qarabağ” ilk qələbəsini qazandı – Avropa Liqasında

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

“Qarabağ” Bakıda, T.Bəhrəmov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu qəbul edib.

Qurban Qurbanovun yetirmələrinin üstünlüyü ilə keçən oyunda ilk qol ikinci hissədə vurulub: 56-cı dəqiqədə Dani Kintana fərqlənib.

İkinci qol əsas vaxta 3 dəqiqə qalmış qeydə alınıb. Rəqib qapıçı ilə təkbətək çıxan Rahid Əmirquliyev fürsəti əldən verməyib – 2:0.

“Карабах” сыграл вничью со “Слованом”

Beləliklə, J qrupunda 7 xalla “Fiorentina” liderdir, “Qarabağ” və PAOK isə 4 xalla 2-3-cü yerləri bölüşdürürlər.