İŞİD bu dəfə Kərkükü qana boyadı

İŞİD bu dəfə Kərkükü qana boyadı

İraqın şimalındakı Kərkük əyalətində terror aktı törədilib.

Hürriyet-ə istinadən xəbər verilir ki, terror nəticəsində azı 16 nəfər dünyasını dəyişib.

Peşmərgə qüvvələrinə aid zirehli maşın Kərkükdə, İŞİD qüvvələrinin hücum etdiyi ərazidə

Peşmərgə qüvvələrinə aid zirehli maşın Kərkükdə, İŞİD qüvvələrinin hücum etdiyi ərazidə Məlumata görə, İŞİD üzvü olan iki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özünü partladıb. Terrorçular əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən üzərlərindəki partlayıcını işə salıblar.

İŞİD qüvvələrinin hücumu nəticəsində xəsarət almış kürd döyüşçüsü

Hücum nəticəsindən zədələnmiş tikili

BMT-nin hesabatına əsasən, bu ilin sentyabrında İraqda mindən çox insan zorakılığın qurbanı olub, 1100 nəfər isə xəsarət alıb. (Sputnik)

Print Friendly, PDF & Email