Venesuela prezidenti Azərbaycana gəldi

Venesuela prezidenti Azərbaycana gəldi

Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro oktyabrın 21-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela prezidenti Nikolas Maduro Bakıya səfər edib

Venesuela prezidenti Nikolas Maduronu hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.